Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Türkiyədə eks-deputat hava limanında SAXLANILDI

"Xalqların Demokratik Partiyası"nın (HDP) İstanbuldakı eks-deputatı Huda Kaya həbs edilib.
NTV xəbər verir ki, onun saxlanılmasına səbəb 6-8 oktyabr 2014-cü il tarixlərində Kobanidə keçirilən etirazlarda iştirak etməsi olub.
Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı istintaq zamanı barəsində çıxarılmış “həbs qərarı” əsasında H.Kaya İstanbul Hava Limanında saxlanılıb.
Səhhəti yoxlanıldıqdan sonra ədliyyəyə gətirilən Kaya, həbs tələbi ilə sövq edildiyi Ankara Sülh Cəza Məhkəməsi növbətçiliyi tərəfindən həbs edilib.
İstanbul Polis İdarəsindən mövzu ilə bağlı edilən yazılı açıqlamada, “İstanbul Hava Limanı VİP Pasport nəzarət məntəqəsində həyata keçirilən əməliyyatlar zamanı İstanbul-Hamburq marşrutu ilə Türkiyədən çıxmaq üçün pasport nəzarət məntəqəsinə gələn H.K. adlı sərnişini "dövlətin birliyini və ərazi bütövlüyünü pozduğu təsbit edilib, terror təşkilatına fayda vermə cinayətlərindən axtarışda olduğu müəyyən edilib və o, saxlanılıb. “Məsələ ilə bağlı yaxalanan H.D adlı şəxs aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində sövq edildiyi ədliyyə orqanları tərəfindən tutularaq Cəzaçəkmə Müəssisəsinə təhvil verilib", - qeyd olunub.























































