Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
07 Ara 13:40Dünya
Alen Berset İsveçrənin yeni prezidenti seçilib
Dekabrın 7-də İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib.
AZƏRTAC xəbər verir ki, federal hökumətin üzvü, vitse-prezident Alen Berset növbəti bir il müddətinə Federal Prezident vəzifəsinə seçilib. Federal Məclisdə 232 nümayəndədən 140 nəfər onun lehinə, 41 nəfər əleyhinə səs verib, 46 nümayəndə seçki vərəqəsini boş, beş nəfər isə etibarsız şəkildə təhvil verib.
Seçkilərdə hökumətin tərkibinə yeni üzvlər də seçilib. Belə ki, səlahiyyət müddəti başa çatan Simonetta Sommaruqanın yerinə Yura kantonunu təmsil edən Elizaet Baume-Şnayder seçilib. O, səsvermənin üçüncü turunda rəqibi Eva Hersoq üzərində (123 səsə qarşı 116 səs) qalib gəlib.
Federal hökumətin digər üzvü Ueli Maurerin postuna isə Bern kantonunun təmsilçisi Albert Rösti seçilib. O, ilk turda rəqibi Hans-Ueli Foqt üzərində qələbə çalıb.
Federal Prezident postuna seçilən Alen Bersetin seçki göstəricisi orta göstəricidən aşağı olub. 2018-ci il prezident seçkilərində onun nəticəsi (190) indikindən xeyli yüksək idi. Ötən il prezident seçilən İqnatsio Kassis 156 səs, ondan öncəki il isə Gi Parmelin 188 səs toplamışdı. Son illərin ən aşağı göstərici 2011-ci ildə Mişelin Kalmi-Reyə məxsusdur – 106 səs, parlament ən böyük etimadı isə 2018-ci ildə Ueli Maurerə göstərmişdi – 201 səs.