Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
28 Ara 21:41Dünya
“SpaceX” kompaniyası internet şəbəkəsi üçün daha 54 peyki orbitə çıxarıb
SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, yerətrafı orbitə daha 54 mini-peyk çıxarılıb.
Daşıyıcı raket ABŞ-ın Sakit okean sahilləri vaxtı ilə saat 04:34-də (Bakı vaxtı ilə saat 13:34) ABŞ-ın Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan start götürüb. Bu, cari ildə internet peyklərinin orbitə çıxarılan sayca 60-cı qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 3 min 612 peyk buraxıb. Onların 3 min 200-ü işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.