Menu
Xəbər Lenti
14 yolda tıxac var - Siyahı
13-04-2026, 09:07

14 yolda tıxac var - Siyahı

YALAN AYAQ TUTAR, YERİMƏZ
11-04-2026, 12:13

YALAN AYAQ TUTAR, YERİMƏZ

Neftimiz yenə ucuzlaşdı
11-04-2026, 10:41

Neftimiz yenə ucuzlaşdı

17 Ock 02:53Dünya

Monteneqroda prezident seçkilərinin keçirilmə tarixi məlum oldu

Monteneqro Parlamentinin sədri Daniyela Curoviç ölkədə prezident seçkilərinin 2023-cü il martın 19-da keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb.

AZƏRTAC xəbər verir ki, Monteneqro Konstitusiyasına görə, parlamentin spikeri hazırkı prezidentin səlahiyyət müddətinin bitməsinə ən gec 120 gün qalmış seçkilərin tarixini təyin etmək səlahiyyətinə malikdir. D.Curoviç seçkilərin bu fərmandan sonra 60-90 gün arasında keçirilməli olduğunu bildirib. Deyib ki, aprel ayı dini bayramların sıx olduğu ay olduğuna görə seçkilərin keçirilməsi üçün ən məqbul tarix martın 19-dir.

Xatırladaq ki, Monteneqroda hazırkı Prezident Milo Cukanoviç 2018-ci il aprelin 15-də keçirilən seçkilərdə səslərin 53,9 faizini toplayaraq qalib gəlib. O, həmin il mayın 20-də and içərək vəzifəsinin icrasına başlayıb.