Dünya - merhemet.tv

“Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
“Tanqo üçün iki nəfər lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Ukrayna münaqişəsinə dair suallarını cavablandırarkən deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyinə əminliyini ifadə edərək, sülh üçün bütün tərəflərin qarşılıqlı iradəsinin vacib olduğunu bildirib: “Düşünürəm ki, Putin müharibənin bitməsini görmək istərdi. Mən buna inanıram. Tanqo üçün isə iki nəfər lazımdır. Hesab edirəm ki, qarşı tərəf də, NATO da müharibənin bitməsini istəyir”.

2 trilyonluq müzakirələr dalana dirəndi - Razılaşmadan dağılışdılar
Avropa İttifaqının (Aİ) 27 üzv dövlətinin liderləri İttifaqın 2028-2034-cü illər üçün uzunmüddətli büdcəsinin həcmi ilə bağlı razılığa gələ bilməyiblər.

“Qafqazinfo” xəbər verir ki, Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında danışıqların nəticəsiz qaldığını açıqlayıblar.

Mübahisəyə səbəb Avropa Komissiyasının təklif etdiyi təxminən 2 trilyon avroluq büdcə layihəsi olub. Konsensus üçün Antonio Koşta məbləği 204 milyard avro azaltmağı təklif etsə də, daha qənaətcil büdcə istəyən 7 ölkə - Almaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Niderland və İsveç bu ixtisarı yetərsiz sayaraq axşam keçirilən kiçik qrup görüşlərinə qatılmaqdan imtina ediblər.

Digər üzv ölkələr kənd təsərrüfatı və birlik siyasətinə ayrılan vəsaitlərin azaldılmasına, Baltikyanı dövlətlər isə müdafiə xərclərinin 39 milyard avro kəsilməsinə qarşı çıxıblar.

Bununla yanaşı, sammitdə 2027-ci ildə Ukraynaya əlavə 45 milyard avro kredit ayrılması təklifi 24 ölkə tərəfindən dəstəklənib, həmçinin Avropa Mərkəzi Bankının (AMB) prezidenti vəzifəsinə Pablo Ernandes de Kosun namizədliyi razılaşdırılıb.

İki gün davam etməsi planlaşdırılan sammit razılıq əldə olunmadığı üçün noyabrın 27-də erkən saatlarda başa çatıb.

Müzakirələr dekabrın 17-də keçiriləcək növbəti zirvəyə qədər təxirə salınıb.

100 min hərbçiyə məktub göndərdilər - II Dünya müharibəsindən sonra ilk dəfə
Böyük Britaniya Müdafiə Nazirliyi “strateji ehtiyat” statusunda olan 100 min keçmiş hərbçiyə mümkün müharibəyə hazır olmaq çağırışı ilə məktub göndərib.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, sənədlərdə əlaqə məlumatlarının yenilənməsi, mövcud peşə və bacarıqların bildirilməsi, həmçinin təlimlərdə, o cümlədən NATO təlimlərində könüllü iştirak imkanları qeyd olunub.

Məktubda bu addımın mümkün hərbi hücum halında müdafiə qabiliyyətini artırmaq, çəkindirməni gücləndirmək və münaqişə riskini azaltmaq məqsədi daşıdığı vurğulanıb. Bildirilir ki, hökumət İkinci Dünya müharibəsindən bəri ilk dəfə ehtiyatda olanlara bu miqyasda hazırlıq çağırışı edir.

Məktubların dərhal səfərbərlik və ya orduya geri çağırılma anlamına gəlmədiyi açıqlanıb. Qeyd edilib ki, ehtiyatların böyük hissəsi heç vaxt xidmətə qaytarılmayacaq, əsas məqsəd kimin harada olduğunu, hansı bacarıqlara malik olduğunu və lazım gəldikdə necə əlaqə saxlanılacağını müəyyənləşdirməkdir.

Niqabı rəsmən qadağan etdilər
İtaliya parlamenti Baş nazir Ciorcia Meloninin sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və ölkədə ciddi müzakirələrə səbəb olan yeni təhsil qanununu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 19-da Senatda təsdiqlənən sənəd 400 yerlik Deputatlar Palatasında 112 əleyhinə, 142 lehinə səslə qəbul edilərək qanuni qüvvəyə minib.Yeni qaydalara əsasən, İtaliya məktəblərində şagirdlərin niqab taxması rəsmən qadağan olunur. Bununla yanaşı, siniflərdə italyan dilini kifayət qədər bilməyən əcnəbi şagirdlərin sayına 30 faizlik limit tətbiq edilir və xarici valideynlər üçün italyan dilini öyrənmək məcburi hala gətirilir. Sənəddə həmçinin əlilliyi olan şagirdlərə dəstək, kiberhücumlarla mübarizə və şagirdlərin dərsdən yayınmasının qarşısının alınması kimi tədbirlər də yer alıb.

Təhsil naziri Cüzeppe Valditara qanunu müdafiə edərək bildirib ki, bu addım italyan ailələrinə konkret həllər təqdim edir və hər bir şagirdin təhsildə uğur qazanmaq hüququnu gücləndirir.

Əsas müxalifət qüvvəsi olan mərkəz-sol Demokrat Partiyasının (PD) lideri Elli Şleyn isə qərara sərt reaksiya verib. O vurğulayıb ki, hökumət əcnəbi uşaqları təhsildən kənarda qoyan limit sistemi tətbiq etmək əvəzinə, dağılan məktəb infrastrukturunu bərpa etməli və müəllimlərə sərmayə qoymalıdır.

Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı
Fransada müsəlmanların ibadətini təqlid edərək namazı lağa qoyan, daha sonra isə nasist salamı verib “Yaşasın Hitler” qışqıran gömrük məmuru Patrik T.-nin cəzası hadisədən dörd il sonra müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Mediapart” nəşrinin məlumatına görə, 2022-ci ilin yanvarında Şomon şəhərindəki Gömrük İttifaqında keçirilən şam yeməyində üç məmurun müsəlmanları istehza ilə təqlid etdiyi videogörüntülər üzə çıxıb.

Bundan əlavə, ittifaqın rəhbəri təyin edilən Patrik T.-nin nasist salamı verdiyi və svastika təsvirli corablar geyindiyi fotoların da yayılması ölkədə ciddi qəzəbə səbəb olub.

İnzibati araşdırmalardan sonra vəzifəsindən uzaqlaşdırılan məmura 2 il işdən kənarlaşdırılma cəzası verilib. Cəzanın bir ili şərti hesab edildiyindən o, faktiki olaraq 1 il işindən uzaq qalacaq və bu müddət bitdikdən sonra vəzifəsinə qayıda biləcək. Görüntülərdə yer alan digər iki məmur barəsində isə araşdırma davam edir.

9 il sonra mühacirətdən qayıdır - Əfv edildi
İspaniyada 2017-ci ildə müstəqillik cəhdinə rəhbərlik edən Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dekabrın 12-də Barselonaya qayıdacağını açıqlayıb. Bu qərar İspaniya Ali Məhkəməsinin ona qarşı amnistiya qanununu tətbiq etməsindən sonra verilib.
“Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, 62 yaşlı siyasətçi Brüsseldə keçirdiyi mətbuat konfransında həmin gün ailəsi ilə birlikdə evində olacağını bildirib.
İspaniya Ali Məhkəməsi bu həftə 2017-ci ildəki uğursuz müstəqillik cəhdindəki roluna görə Puçdemona qarşı cinayət işlərinin amnistiya qanunu çərçivəsində bağlandığını açıqlayıb.
Puçdemon Kataloniyanın müstəqilliyi uğrunda mübarizənin yeni strategiyaya ehtiyacı olduğunu bildirib. O, dekabrın 17-də keçiriləcək ictimai konfransda yeni yol xəritəsini təqdim edəcəyini vəd edib.
Qeyd edək ki, İspaniya parlamenti amnistiya qanununu 2024-cü ildə qəbul edib. Qanun Baş nazir Pedro Sançesin hökumətini formalaşdırmaq üçün Puçdemonun rəhbərlik etdiyi “Kataloniya üçün Birlikdə” partiyasının dəstəyini qazanması ilə bağlı siyasi razılaşmanın əsas hissəsi olub.
Xatırladaq ki, Puçdemon 2016-cı ildə Kataloniya hökumətinin rəhbəri olub. 2017-ci ilin oktyabrında İspaniya mərkəzi hökumətinin qanunsuz elan etdiyi müstəqillik referendumuna və birtərəfli müstəqillik bəyannaməsinə rəhbərlik edib. Bundan sonra barəsində həbs qərarı çıxarılıb və o, Belçikaya gedərək ölkəni tərk edib.

İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
İranda kütləvi zəhərlənmə: Son 48 saatda saxta içkidənİranın müxtəlif bölgələrində son 48 saat ərzində saxta spirtli içkilərin istehlakı nəticəsində ən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, reanimasiyaya yerləşdirilən dörd nəfərin müalicəsi davam edir, bir nəfərdə isə beyin ölümü qeydə alınıb.

Spirtli içkilərin qadağan olunduğu ölkədə qanunsuz istehsal zamanı daha ucuz başa gəldiyi üçün etil spirti əvəzinə tez-tez insan sağlamlığı üçün ölümcül olan və daimi görmə itkisinə yol açan metil spirtindən istifadə edilir.

Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi
ABŞ-nin çip nəhəngi “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə bərpa olunan Jensen Huanq posta qayıdışının Prezident Donald Trampın təzyiqi ilə baş tutması barədə iddiaları rədd edib.
“Qafqazinfo” xəbər verir ki, “New York Times” (NYT) qəzetinin yazdığına görə, Huanq çıxışında geri dönməsinin məhz şirkətin direktorlar şurasının vəziyyəti hərtərəfli qiymətləndirməsi və faktları ortaya qoymasının nəticəsi olduğunu bildirib.
Baş icraçı direktor vəzifəsinə qayıtdıqdan Huanq kollektivdən üzr istəyib və şirkətin daxili davranış qaydalarını pozduğunu etiraf edib: “Çox pis səhvlər etdim. Həyat yoldaşım Loriyə xəyanət etdim. Uşaqlarımı və əlbəttə ki, hamınızı incitdim”.
Hazırda terapiya aldığını qeyd edən Huanq əlavə edib ki, direktorlar şurası onun davranışlarına görə şirkətdəki gələcəyini dəyərləndirməli olub və nəticədə noyabrın 12-də istefa verib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl “Nvidia”nın idarə heyətini Huanqı baş direktor postuna qaytarmağa razı saldığını iddia etmişdi. Huanq isə bu fikirləri qəbul etməyərək, qərarın idarə heyətinin apardığı araşdırma və faktlar əsasında verildiyini vurğulayıb.

Keçmiş prezidentlə arvadına yeni ittihamlar
Fransanın keçmiş prezidenti Nikola Sarkozi və həyat yoldaşı Karla Bruni-Sarkozi 2027-ci il noyabrın 3-dən dekabrın 2-dək “cinayət törətmək niyyəti ilə təşkilat yaratmaq” və “şahidləri manipulyasiya etmək” ittihamları ilə mühakimə olunacaqlar.

“Qafqazinfo” xəbər verir ki, Parisdəki istintaq hakimləri Sarkozi və Bruni-Sarkozi də daxil olmaqla, ümumilikdə 11 nəfərin gələn il məhkəməyə verilməsi barədə qərar qəbul ediblər.

Yeni məhkəmə prosesi “Liviya işi”ndə şahid qismində çıxış etmiş iş adamı Ziyad Takieddinin ifadəsinin dəyişdirilməsi ilə bağlı araşdırmaya əsaslanır. İstintaq Sarkozinin 2020-ci ildə əsas şahid sayılan Takieddinin mövqeyini dəyişməsi üçün qanunsuz üsullara əl atıb-atmadığını yoxlayıb. Takieddin əvvəlcə Sarkozinin 2007-ci il prezident seçki kampaniyası üçün Liviyadan maliyyə aldığını və 2006-cı ilin sonlarında Liviyadan ona 5 milyon avro gətirdiyini iddia etmiş, lakin 2020-ci ildə əksini demişdi. Sarkozi vasitəçilər vasitəsilə ittihamların geri götürülməsi üçün iş adamına təzyiq etməkdə şübhəli bilinir. 75 yaşlı Ziyad Takieddin 2025-ci il sentyabrın 23-də Livanın Beyrut şəhərində vəfat edib.

2013-cü ildə başlanan “Liviya işi” çərçivəsində 2007-2012-ci illərdə prezident olmuş Sarkozinin keçmiş Liviya lideri Müəmmər Qəddafidən qanunsuz maliyyə dəstəyi aldığı iddia olunurdu. 2025-ci il sentyabrın 25-də Paris Cinayət Məhkəməsi Sarkozini passiv korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmə və qanunsuz kampaniya maliyyələşdirməsi ittihamları üzrə bəraət qazandırsa da, “cinayətkar təşkilat yaratmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Apelyasiya şikayətinə baxmayaraq, qərarın xarakteri səbəbindən Sarkozi 2025-ci il oktyabrın 21-də həbsxanaya daxil olub və 20 gün sonra məhkəmə nəzarəti altında azadlığa buraxılıb. “Liviya işi” üzrə apelyasiya qərarının noyabrın 30-da açıqlanacağı gözlənilir.

İran rəsmilərinə sui-qəsd ediləcək? - Ağ Evdə yeni ssenari
ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı rəsmilərin İran hökumətinin yüksəkvəzifəli şəxslərinə qarşı sui-qəsd ehtimalını nəzərdən keçirdikləri bildirilir.
“Qafqazinfo” xəbər verir ki, “NBC News”un adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, bu məsələ administrasiyadaxili müzakirələrdə yer alır.
Mənbələrin sözlərinə görə, sui-qəsd ideyasını dəstəkləyən rəsmilər belə bir addımın Prezident Donald Trampa müharibəyə son qoymaq imkanı yarada biləcəyini irəli sürürlər. Onların iddiasına əsasən, bu cür əməliyyat qalan İran rəhbərliyinə “ABŞ istənilən vaxt liderlərini tapa, hədəfə ala və öldürə bilər” mesajını ötürə bilər.Təklifin əleyhinə çıxan rəsmilər isə əks mövqedən çıxış edərək xəbərdarlıq edirlər ki, bu addım İranda sağ qalan rəsmiləri daha da möhkəmləndirə və gələcəkdə müharibəni dayandırmaq üçün aparılacaq danışıqların etibarlılığını sarsıda bilər.
Rəsmilərin bildirdiyinə görə, Tramp İranla müharibədə növbəti addımlarla bağlı hələlik yekun qərar verməyib və yeni genişmiqyaslı hərbi əməliyyat da daxil olmaqla, bir neçə ssenarini dəyərləndirir. İran liderlərinin sıradan çıxarılması ehtimalı uzun müddətdir Trampa təqdim olunan variantlar sırasında olsa da, son həftələrdə yenidən aktuallaşıb.
“NBC News”a danışan administrasiya rəsmisi “Hörmüz boğazına nəzarət edən və İran iqtisadiyyatının çöküşünün şahidi olan ABŞ çox güclü mövqedədir” deyə vurğulayıb. ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına toxunan həmin rəsmi əlavə edib ki, Prezident Trampın qarşısında çoxlu seçimlər var və o, İranın heç vaxt nüvə silahına malik olmamasını təmin etmək üçün mümkün olan ən yaxşı qərarı qəbul edəcək.