Menu
Xəbər Lenti
06 Ekm 17:19Dünya

Türkiyədə İŞİD-in 90-dan çox adamı saxlanıldı

Türkiyədə İŞİD-in 90-dan çox adamı saxlanıldı


Türkiyədə keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 90-dan çox şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Terrorla mübarizə üzrə ərazi bölmələri tərəfindən Türkiyənin 26 əyalətində eyni vaxtda keçirilən “Əsirlik” əməliyyatı çərçivəsində “İslam Dövləti” ilə əlaqədə olmaqda şübhəli bilinən 92 nəfər saxlanılıb", - nazir bildirib.