Menu
Xəbər Lenti
06 Ekm 17:48Dünya

Macarıstanın baş naziri gələn həftə Gürcüstana səfər edəcək

Macarıstanın baş naziri gələn həftə Gürcüstana səfər edəcək

Macarıstanın baş naziri Viktor Orban gələn həftə Gürcüstana səfər edəcək.
O, bu barədə İspaniyanın Qranada şəhərində jurnalistlərə bildirib.
 “Gələn həftə Tbilisiyə gələcəm. Tbilisidə ümumi hökumət iclasımız olacaq. Bütün nazirlər mənimlə olacaq”, - Viktor Orban bildirib.
Macarıstanın baş nazirinin sözlərinə görə, o, Gürcüstanın Avropa İttifaqına daxil olmasının tərəfdarıdır.
Ötən il Gürcüstana namizəd statusunun verilməməsinin səbəbi nədir sualına Orban belə cavab verib: “Eqoizm, liderlər eqoistdir. Sizi qəbul edib sizə lazım olan maliyyə resurslarını vermək istəmirlər. Onlar buna genişlənmə yorğunluğu deyirlər ki, bu da sizin ölkəyə qarşı tamamilə haqsızlıqdır”.