Menu
Xəbər Lenti
07 Ekm 15:47Dünya

"Ermənistan 30 ildə Azərbaycan ərazisində terroru maliyyələşdirib" - Natali Aleksanyan

"Ermənistan 30 ildə Azərbaycan ərazisində terroru maliyyələşdirib" - Natali Aleksanyan 

“Otuz il ərzində Ermənistan Azərbaycan ərazisində separatizmi, bir az da sərt desək, terroru maliyyələşdirib və himayə edib”.
Bu barədə erməni bloger Natali Aleksanyan öz "Facebook" səhifəsində yazıb.
“Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan bildirdi ki, Qarabağ Azərbaycandır və həmişə belə olub. Bundan birbaşa belə nəticə çıxır ki, Ermənistan otuz ildir Azərbaycanın suveren ərazisini maliyyələşdirir və resurslarla təmin edir. Yəni Azərbaycan ərazisində separatizmə, bir az da sərt desək, terrora sponsorluq edirdi. Bu, mənim təhlilim deyil, bu, hüquq biliyi olan hər bir şəxs üçün aşkar faktdır.
Ermənistanı beynəlxalq məhkəmələrdə çox ciddi proseslər gözləyir. Beynəlxalq ictimaiyyət bütövlükdə ermənipərəstdir və Qarabağ ətrafında gedən oyunlarda birbaşa iştirak etdiyi üçün bizi bu məsələdə müdafiə etməyə çalışacaq. Proseslərin necə inkişaf edəcəyi hələlik bəlli deyil, lakin Ermənistanın imicinə güclü zərbə endirilməsi faktdır.
Paşinyan hökuməti Ermənistandan vurulan zərbəni necə dəf edəcək? Əvvəla, Robert Köçəryanın Ermənistan Respublikasında hakimiyyəti qanunsuz olaraq ələ keçirdiyi gündən indiyədək baş verənlərə dəqiq hüquqi qiymət vermək lazımdır. Əşyalar və hadisələr öz adları ilə çağırılmalıdır. Cinayətkarın erməni olması onun cinayət məsuliyyətinə cəlb olunmasına mane olmamalıdır. Ermənistanda yaşayan Qarabağ klanının başçıları həbsdə qalmalıdır. Ter-Petrosyanın dövründə olduğu kimi, öz faşist ideologiyası ilə Daşnaksütyun Ermənistanda qadağan edilməlidir. 
Bəli, açıq şəkildə bildirilməlidir ki, Ermənistan uzun illər hakimiyyəti qanunsuz zəbt etmiş, həm Ermənistanın özündə, həm də onun hüdudlarından kənarda, o cümlədən Azərbaycanda terror fəaliyyətini həyata keçirən terrorçular tərəfindən idarə olunub. Biz imkan verməməliyik ki, “Prezident” ləqəbli terrorçular özləri qənimətdən həzz alarkən hamımızı bir daha günahkar saysınlar.
Biz ölkəmizi çirkabdan təmizləməkdən qorxmamalıyıq. Yalnız və yalnız bu halda Ermənistan onu gözləyən zərbəni yumşaldacaq. Və hər şeyi ağıllı etsəniz, heç bir zərbə olmayacaq. Bizi gözləyən fəlakətin qarşısını ala bilərik, amma yenə də buna gücümüz çatmasa, o zaman həqiqətən də baş verənlərin günahkarına çevriləcəyik və Qarabağ klanının quldurlarının cinayətlərinə görə bir daha tam məsuliyyət daşıyacağıq” - Natali Aleksanyan yazıb.