Menu
Xəbər Lenti
23 Ara 02:54Hadisə

Şirvanda geyim mağazası yandı

Şirvan şəhərində beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 25 kvadratmetr olan geyim mağazasında 10 p.m elektrik kabeli, bir ədəd kondisioner və qismən geyim malları yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.