“Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
“Saxla” əmrinə tabe olmayıb polisə bıçaqla müqavimət göstərdi - Zərərsizləşdirildi
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri (VİDEO)
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Hər dəfə ailəsini qayınanasının dağıtdığını deyirmiş...
Bu gün səhər 6 radələrində Şamaxıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, 1995-ci il təvəllüdlü Elbrus Şeydayev bıçaqladığı kişi ilə qadının qızından yeni boşanıbmış.
Belə ki, bir neçə il əvvəl Elbrus Əlağa və Püstənin qızı ilə evlənsə də, onların övladı olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı Elbrusu tərk edib. E.Şeydayev isə arvadının onu tərk etməsində və ailəsində söz-söhbətlərin yaranmasında qayınanası 39 yaşlı Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.
Bu gün səhər isə Elbrus avtomobillə Əngəxaran kəndində yol kənarında keçmiş qayınanası ilə qayınatasını görərək onları cəzalandırmaq qərarına gəlib. O, əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov maşının təkəri altında qalaraq ölüb, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.