Menu
Xəbər Lenti
10 Mrt 09:34Manşet / Cəmiyyət

Bakıda kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

 

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

09:30

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb.

“Report”un məlumatına görə, rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi Əhmədli bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub.

Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.