Menu
Xəbər Lenti
05 Eyl 08:48Manşet / Hadisə

"Tərtər işi" ilə bağlı işgəncələrə məruz qalmış 288 yeni şəxs müəyyən edilib

"Tərtər işi" ilə bağlı işgəncələrə məruz qalmış 288 yeni şəxs müəyyən edilib

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb.
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilmişdir.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir.