Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Son Zəng” belə olmamalı idi...

Ötən gün Samuxda keçirilən “Son Zəng” tədbirində kriminal aləmə aid mahnı səsləndirilib.
“Qafqazinfo” xəbər verir ki, İnstitut qəsəbə tam orta məktəbinin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu və buna bənzər hadisələrlə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, ümumi təhsil müəssisələrinə əvvəlcədən “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib:
“Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Bildiririk ki, Agentlik tərəfindən bu tip hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək”.
Qeyd edək ki, ötən ildə müxtəlif təhsil müəssisələrində buna bənzər xoşagəlməz mənzərələr yaşanıb.






















































