Menu
Xəbər Lenti
15 Nis 09:44Manşet / Gündəm / Siyasət

Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda keçirilən “Mərkəzi Asiya - Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb.

“Ölkələrimiz arasında çox işlər görülüb və bundan da çoxu baş tutacaq”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan XİN rəhbəri aprelin 14-də Özbəkistan Respublikasına işgüzar səfər edib.