Menu
Xəbər Lenti
04 Ara 14:24Manşet / Siyasət

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

4 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə bazar günü XİN-in mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.