Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
29 Ara 07:03İdman
Azərbaycan Gimnastika Federasiyası 2023-cü il üçün könüllülərin qeydiyyatını elan edib
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2023-cü ildə gimnastika növləri üzrə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili ilə əlaqədar “Könüllülər Proqramı - 2023" çərçivəsində könüllülərin qeydiyyatını elan edib.
AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, könüllülər proqramına seçilən şəxslər gələn il paytaxtımızda keçiriləcək beynəlxalq yarışlarda könüllü kimi fəaliyyət göstərəcək, dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə yarışlardan əvvəl könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaq.
AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.
Könüllülər 2023-cü ildə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı (18-19 fevral), idman gimnastikası üzrə dünya kuboku yarışı (9-12 mart), bədii gimnastika üzrə dünya kuboku yarışı (21-23 aprel), bədii gimnastika üzrə Avropa çempionatında (17-21 may), o cümlədən digər beynəlxalq tədbirlər və yerli yarışlarda könüllü qismində çalışmaq imkanı əldə edəcəklər.
“Könüllülər Proqramı - 2023”ə qatılmaq istəyən şəxslər yanvarın 10-dək - https://bit.ly/3WIklLe linkinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.