Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

06 Ock 14:34İdman

Əlverişsiz hava şəraiti səbəbindən “Dakar-2023” ralli marafonunun marşrutu dəyişdirilib

Əlverişsiz hava şəraiti səbəbindən “Dakar-2023” ralli marafonunun 7-ci və 8-ci mərhələlərinin marşrutu dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə marafonun mətbuat xidməti məlumat yayıb.

Məsafələri azaltmaq üçün orijinal marşrutda dəyişiklik edilib.

Yanvarın 7-də keçiriləcək yeddinci mərhələnin marşrutunun uzunluğu 333 kilometr olacaq. Ertəsi gün baş tutacaq növbəti mərhələ əks istiqamətdə davam edəcək. Marşrutun uzunluğu 128 kilometr azalacaq.