İdman - merhemet.tv

Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi
Misli Premyer Liqasının 13-cü turunda baş tutan “Neftçi” - “Zirə” 1:0 matçından sonra məşqçilər arasında gərginlik yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, zirəlilərin çalışdırıcısı Rəşad Sadıqov rəqib komandanın baş məşqçisi Yuri Verniduba iradlar bildirib.

Nəticədə arada gərginlik yaşanıb. Hətta “Neftçi”nin köməkçi məşqçisi Rəşad Sadıqova hücum çəkməyə çalışıb.

Hər iki baş məşqçi bir-birinə barmaq silkələyib.

Gürcüstandakı qalmaqal böyüyür - Nazirlər də işə qarışdı
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” (İsrail) matçında tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən oyun müvəqqəti dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, “Batumi Dinamo” stadionunda oynanılan görüşün 25-ci dəqiqəsində türkiyəli azarkeşlərin Fələstinə dəstək bannerləri və bayraqları açmasından sonra tribunada qalmaqal yaşanıb.

Gürcüstan polisi “Beşiktaş” tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qazdan təsirlənən azarkeşlərə tibbi yardım göstərilərkən, futbolçular tribunaların önünə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Gərginliyin davam etməsi səbəbindən danimarkalı baş hakim Morten Kroq oyunu dayandıraraq komandaları soyunma otağına aparıb. Təxminən 5 dəqiqəlik isinmə hərəkətlərindən sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisədən dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Batumiyə gələn vətəndaşlarının vəziyyətini xüsusi nəzarətə götürüb. Xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Botçorişvili ilə təcili telefon danışığı apararaq baş verənləri müzakirə edib. Nazirliyin tapşırığı ilə Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki Baş Konsulluğunun diplomatları dərhal stadiona göndərilib. Diplomatik nümayəndəliklər vətəndaşların təhlükəsizliyinin və hüquqlarının qorunması, eləcə də, onların ölkəyə sağ-salamat qayıtması üçün bütün zəruri addımları atmağa başlayıblar.

Diplomatik təmaslarla paralel olaraq Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi gürcüstanlı həmkarı Sulxan Tamazaşvili ilə danışaraq qeyri-mütənasib güc tətbiqindən narahatlığını ifadə edib. Tamazaşvili isə Fələstin bayraqlarının Gürcüstan polisi deyil, UEFA rəsmiləri tərəfindən yığışdırıldığını bildirib və hadisə yerinə müavinini göndərdiyini açıqlayıb.

Ədliyyə naziri Akın Gürlek də gürcüstanlı həmkarı Paata Salia ilə əlaqə saxlayaraq saxlanılan türkiyəli azarkeşlərin dərhal azad edilməsini və təqsirkarların cəzalandırılmasını tələb edib.

“Beşiktaş” klubu yaydığı rəsmi bəyanatda təhlükəsizlik qüvvələrinin oyundan əvvəl və matç zamanı tətbiq etdiyi qeyri-mütənasib gücü sərt şəkildə pisləyib. Klub rəhbərliyi hadisə ilə bağlı Batumidəki Baş Konsulluq və UEFA nəzdində hüquqi proses başlatdığını elan edib. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın klub prezidenti Serdal Adalı ilə əlaqə saxlayaraq hadisəni şəxsən nəzarətdə saxladığı bildirilib.

“Barselona”ya iki-üç qol vura bilərdik”
“Barselona”ya iki-üç qol vura bilərdik”.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels “Barselona” ilə oyundan (1:4) sonrakı açıqlamasında bildirib.

“Barselona”ya qarşı oynamaq hamımız üçün çox xüsusi idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdik və qol şanslarımız oldu. Topumuz tirdən qayıtdı, əslində, iki-üç qol da vura bilərdik. Lakin “Barselona” kimi rəqibə qarşı yaranan imkanlardan istifadə etməyəndə, onlar öz şanslarını dəyərləndirirlər.

Aramızdakı ən böyük fərq də elə budur. “Barselona”nın qapısına qol vurduğum üçün çox şadam, amma ikinci bir şansım da var idi ki, onu da mütləq qola çevirməli idim”, - o qeyd edib.

Çempionlar Liqasında - Gecənin nəticələri
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin V turunun ikinci oyun günü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turun ikinci oyun günündə 9 qarşılaşma baş tutub.

Çempionlar Liqasında qeydə alınan nəticələri təqdim edirik:

“Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) — 1:4,

“Slaviya” (Çexiya) – “Vilyarreal” (İspaniya) — 0:1

“Atletiko Madrid” (İspaniya) – “Vikinq” (Norveç) — 2:0,

“Brügge” (Belçika) – “Liverpul” (İngiltərə) — 0:3,

“İnter” (İtaliya) – “Ştutqart” (Almaniya) — 2:0,

“Şaxtyor” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə) — 0:1,

“Lill” (Fransa) – “Bavariya” (Almaniya) — 2:1,

PSJ (Fransa) – “Roma” (İtaliya) — 2:2,

“Sportinq” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) — 2:2.

“Qəhrəmancasına, gözəl anlar yaşadılar, bizə çətinlik yaşatdılar” - Hansi Flik
Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” səfərdə təmsilçimiz “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Barselona”nın baş məşqçisi Hans Flik matç haqda fikirlərini bildirib:

“Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faiz topa sahib idik. Qoldan məmnun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Nəticədə üç xal qazandıq, bizim üçün vacib xaldır. İkinci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq”.

- Oyunçuların performansından razı qaldınız?

- Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis idi. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq.

- Aleks Baldenin durumu necədir? “Sabah”a qarşı oyunundan razı qaldınız?

- Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu oyunda bir az-az vaxt keçirdi. Amma ümumi olaraq yaxşı hesab etmək olar.

- Qabriel Xesusun “Sabah”a qarşı performansını necə dəyərləndirirsiz? Ona daha çox şans vermək istəyərdiniz?

- Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə oyunçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə oyunlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi.

- Daha az oynayanlar “Sabah”a qarşı çətinlik çəkdilər?

- Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması onlara mənfi tərəfdən təsir göstərmədi. Onların oyunundan razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil.

- Öz təcrübənizi bölüşə bilərsiniz? ÇL-də ən uzun səyahətiniz oldu. Bu proses necə keçdi?

- Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl hoteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün gəlmişəm bura. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. “Sabah” özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. “Sabah”ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. Üç xal üçün razıyam. “Sabah”a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf olduğunu fikirləşirəm.

Hamının gözlədiyi gün gəldi! - “Sabah” “Barselona”ya qarşı
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah” klubu İspaniyanın “Barselona” komandası ilə üz-üzə gələcək.

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

25 noyabr

21:45. “Sabah” – “Barselona”.

Qeyd edək ki, “Sabah” klubu dörd turdan sonra 3 xalla 31-ci pillədə qərarlaşıb.

“Qalatasaray” “Aston Villa”ya, “Mançester Siti” “Napoli”yə qarşı
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda “Aston Villa” (İngiltərə) ilə qarşılaşacaq.

“Budyo-Qlimt” isə LASK ilə üz-üzə gələcək.

24 noyabr

Çempionlar Liqası

Liqa mərhələsi, 5-ci tur

21:45 “Budyo-Qlimt” (Norveç) – LASK (Avstriya)

21:45 “Qalatasaray” (Türkiyə) – “Aston Villa” (İngiltərə)

25 noyabr

00:00 “Arsenal” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

00:00 “Komo” (İtaliya) – AEK (Yunanıstan)

00:00 “Feyenoord” (Niderland) – “Portu” (Portuqaliya)

00:00 “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)

00:00 “Leypsiq” (Almaniya) – “Lans” (Fransa)

00:00 “Real” (İspaniya) – PSV (Niderland)

00:00 “Slovan” (Çexiya) – “Betis” (İspaniya)

Kudo üzrə yeganə dünya çempionumuz ikinci dəfə Avropa çempionu oldu
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kudo əlbəyaxa döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Çempionatda Azərbaycanı təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında uğurla çıxış edərək qızıl medal qazanıb və ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

Yarışın ilk mərhələsini birbaşa keçən idmançımız növbəti mərhələlərdə İngiltərə və Litva təmsilçilərini məğlub edib. Final qarşılaşmasında isə Bolqarıstanı təmsil edən erməni idmançı üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Vüsal Əliyev Azərbaycanda Kudo döyüş növü üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu kimi növbəti tarixi uğura imza atıb.

İdmançımız qazandığı qələbəni torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edib.

Qeyd edək ki, Vüsal Əliyev 2023-cü ilin may ayında Yaponiyanın paytaxtı Tokioda keçirilən Kudo üzrə Dünya çempionatında dörd döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib, qızıl medal qazanıb və dünya çempionu tituluna layiq görülüb.

Həmin ilin oktyabr ayında isə Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatında da qızıl medal əldə edərək ilk dəfə Avropa çempionu olub. Sözügedən yarışda Azərbaycan milli komandası ümumilikdə 3 qızıl və 1 gümüş medal qazanıb.

Vüsal Əliyevin bu uğuru Azərbaycan idmanının beynəlxalq arenadakı növbəti qələbəsi olmaqla yanaşı, ölkəmizin idman nüfuzuna da mühüm töhfədir.

“Əks halda bu vəzifə Torala həvalə olunacaq”
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:

“İlk növbədə, Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Milli komandada çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də bunu bacaran oyunçulardandır. Bir məşqçi kimi onun oyununu hər zaman bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq. Andorra ilə qarşılaşma bu ilin son oyunu olacaq. Rəqibimiz inkişaf mərhələsində olan komandalardan biridir.

Sabah heyətdə müəyyən dəyişikliklər edəcəyik. Düşərgəyə dəvət olunan bütün futbolçulara, xüsusilə gənclərə şans vermək istəyirik. Məqsədimiz qələbə qazanmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.

Penalti təyin olunarsa, zərbəni kimin yerinə yetirəcəyinə gəlincə, Emin Mahmudov meydandadırsa, penaltini o vuracaq. Əks halda bu vəzifə Toral Bayramova həvalə olunacaq. Heyətlə bağlı isə onu deyə bilərəm ki, Anton Krivotsyukdan başqa itkimiz yoxdur”.

Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun növbəti oyunları bu gün keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, A, B, C və D liqalarında ümumilikdə 10 qarşılaşma baş tutacaq.

A Liqasının 2-ci qrupunda Almaniya Niderlandı, Yunanıstan isə Serbiyanı qəbul edəcək.

Azərbaycan millisinin də yer aldığı D Liqasının 2-ci qupunda Lixtenşteyn millisi evdə Litva ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası

Qrup mərhələsi

16 noyabr

VI tur

A Liqası 2-ci qrup

23:45. Almaniya - Niderland;

23:45. Yunanıstan - Serbiya;

Xal durumu: Niderland - 11, Yunanıstan - 8, Almaniya - 8, Serbiya - 0.

B Liqası 1-ci qrup

23:45. İsveçrə - Şotlandiya;

23:45. Şimali Makedoniya - Sloveniya;

Xal durumu: İsveçrə - 13, Sloveniya - 8, Şotlandiya - 7, Şimali Makedoniya - 0.

C Liqası 3-cü qrup

19:00. Farer adaları - Moldova;

19:00. Qazaxıstan - Slovakiya.

Xal durumu: Slovakiya - 11, Moldova - 7, Farer Adaları - 5, Qazaxıstan - 2.

4-cü qrup

21:00. İslandiya - Lüksemburq;

21:00. Estoniya - Bolqarıstan.

Xal durumu: İslandiya - 11, Estoniya - 9, Bolqarıstan - 4, Lüksemburaq - 3.

D Liqası 1-ci qrup

23:45. Cəbəllüttariq - Malta;

Xal durumu: Malta - 7, Andorra - 4, Cəbəllütariq - 2.

2-ci qrup

21:00. Litva - Lixtenşteyn;

Xal durumu: Azərbaycan - 8, Litva - 4, Lixtenşteyn - 1.