Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

09 Ara 19:50İqtisadiyyat

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 98-ə çatdırdı

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.

Bu gün “Azpetrol” şirkəti sayca 98-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini “Xaliq Faiqoğlu” MMC-nin avtobus bazasının ərazisində istismara verdi. Yeni “Yasamal Avtopark-2” yanacaqdoldurma məntəqəsinin avtopark ərazisində quraşdırılmasında məqsəd, paytaxtın sərnişindaşıma prosesində iştirak edən “Xaliq Faiqoğlu” MMC-yə məxsus avtobusların dizel yanacağına olan tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb və 6 yeni iş yerinin yaradılması təmin edilib.

“Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 98 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

“Azpetrol” – Daim inkişafa doğru!