Menu
Xəbər Lenti
Bakıda ev yanıb
Dün, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

08 Kas 10:09Manşet / İdman

Çempionlar Liqasında tarixi rekordlar və son qoyulan seriyalar - STATİSTİKA

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin IV turunda qeydə alınan rekordları açıqlayıb.

“Report” xəbər verir ki, bununla yanaşı, bəzi uğursuz seriyalara da son qoyulub.

- Şotlandiya “Seltik”ini 6:0 hesabı ilə məğlub edən İspaniya klubu “Atletiko” Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Madridlilərin buna qədər ən uğurlu matçı 2014-cü ildə “Malmö” (İsveç) üzərində 5:0 hesablı qalibiyyət olmuşdu. Komanda 1958-ci ildə Avropa Kubokunda “Drumkondra”nı (İrlandiya) 8:0 hesabı ilə üstələyib.

- “Seltik”lə qarşılaşmada dubl edən Antuan Qrizmann karyerasında ilk dəfə ÇL-in ardıcıl 3 görüşündə qol vurub. Bu, fransalı forvardın avrokuboklarda 100-cü matçı idi (Çempionlar Liqasında 91, Avropa Liqasında 8, UEFA Superkubokda 1 oyun). O, “Real Sosyedad”da 8, “Barselona”da 16, “Atletiko”da 76 avrokubok qarşılaşmasına çıxıb.

- “Atletiko” “Vanda Metropolitano”da keçirdiyi son 16 oyunda qalib gəlib (La Liqada 14, Çempionlar Liqasında 2). Bu, 2012-2013-cü illər aralığında ardıcıl 20 qələbədən (“Visente Kalderon”da) sonra rəsmi matçlarda evdə əldə edilən ən uzun ikinci uğurlu seriyadır.

- “Seltik” isə ÇL-də ən ağır ikinci məğlubiyyətini alıb. Şotlandlar 2017-ci ildə Fransa təmsilçisi PSJ-yə 1:7 hesabı ilə uduzub. Ən ağır yenilgi 2016-cı ilə təsadüf edib. Həmin vaxt İspaniya nəhəngi “Barselona” “Seltik”i 7 cavabsız qolla üstələyib.

- “Barselona” Ukraynanın “Şaxtyor” klubuna 3-cü dəfə məğlub olub – 0:1. Kataloniyalılar 2004-cü ildə Donetskdə 0:2, 2008-ci ildə evdə 2:3 hesabı ilə rəqibə uduzmuşdular. Çempionlar Liqasında yalnız 4 klub “Barsa”nı daha çox məğlub edib. Almaniya “Bavariya”sı 10 dəfə İspaniya nəhənginə məğlubiyyət acısı yaşadıbsa, “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və PSJ (Fransa) hərəyə 4 dəfə bu rəqibi üstələyiblər.

- Robert Levandovski “Barselona”nın heyətində bütün turnirlərdə keçirdiyi son 6 oyunda qol vura bilməyib (La Liqada 4, Çempionlar Liqasında 2). O, sonuncu dəfə sentyabrın 23-də ölkə çempionatında “Selta” ilə qarşılaşmada fərqlənib. Bu, 2010-cu ilin dekabrından 2011-ci ilin fevralına qədər Dortmund “Borussiya”sındakı 10 matçlıq uğursuz çıxışdan bəri Levanın klub karyerasında ən pis seriyadır. Forvard 2016-cı ildə Polşa millisində ardıcıl 6 qarşılaşmada qol vura bilməmişdi.

- “Barselona”ya 1:0 hesabı ilə qalib gələn “Şaxtyor” avrokuboklarda 17 oyundan sonra ilk dəfə qol buraxmayıb.

- İtaliya klubu “Latsio”ya Niderland “Feyenoord”u üzərində qələbə qazandıran Çiro İmmobile romalıların heyətində bütün turnirlərdə 200-cü qolunu vurub. Forvard “Latsio”da bu həddə çatan ilk oyunçudur.

- PSJ-ni 2:1 hesabı ilə məğlub edən “Milan” Çempionlar Liqasında 5 oyundan sonra qol vurmağı bacarıb. Bununla “rossonyerlər” İtaliya klublarının ən uğursuz seriyasına son qoyub.

- “Milan”ın hücumçusu Olivye Jiru 37 yaş 38 günündə fərqlənərək, turnir tarixinin ən yaşlı fransalı qolçusu ünvanını ələ keçirib. Ona qədər rekord 2002-03 mövsümündə “Mançester Yunayted”in (İngiltərə) heyətində “Olimpiakos”la (Yunanıstan) matçda (3:2) qol vuran Loran Blana (36 yaş 338 gün) məxsus idi.

- Belçika klubu “Antverpen”lə görüşdə fərqlənən Portuqaliya “Portu”sunun müdafiəçisi Pepe qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb. 40 yaş 254 günündə qol sevinci yaşayan Pepe ÇL-in ən yaşlı qolçusu ünvanına yiyələnib.