31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Populyar arıqlama dərmanı ölüm riskini də azaldırmış
Tərkibində semaqlutid olan arıqlama dərmanları piylənmədən əziyyət çəkən insanlarda ürək-damar xəstəlikləri (infarkt və insult daxil olmaqla) riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Bu barədə beynəlxalq ekspertlər qrupu bəyan edib. Onların tədqiqatlarının nəticələri “New England Journal of Medicine” jurnalında dərc olunub.
Semaqlutid tərkibli preparatlar əvvəllər 2-ci tip diabetli insanlara təyin edilirdi. Ancaq son vaxtlar artıq çəkisi olan yetkinlərdə də arıqlamaq üçün də istifadə olunmağa başlayıb.
Tədqiqat zamanı müəlliflər 2018-ci ildən 2023-cü ilə qədər ürək-damar xəstəlikləri, artıq çəki və ya piylənmə tarixçəsi olan 45 və daha yuxarı yaşlı 17 min xəstəni müşahidə ediblər. İştirakçıların hamısı şəkərli diabet olmayıb.
Orta hesabla 40 aylıq müşahidədən sonra alimlər gözlənilməz nəticə ilə üzləşiblər. Belə ki, müəyyən edilib ki, ürək-damar xəstəlikləri və artıq çəkisi olan, lakin 2-ci tip diabet olmayan xəstələrə semaqlutidin təyin edilməsi miokard infarktı, insult və ürək-damar səbəblərindən ölüm riskini 20 faiz azaldıb.
Mənbə: Oxu.az





















































