Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Keçmiş arvadını baltalayan şəxsə AĞIR CƏZA
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada keçmiş arvadını baltalamaqda təqsirləndirilən Elşən Muradovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, bu il aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə iki dəfə zərbə endirib. Gülnar Muradovanın yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürməyə cəhd edib.























































