“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
VALİDEYN YOQA MƏRKƏZİNDƏN NARAZIDIR? – FAKT/İDDİA - YENİLƏNİB
VALİDEYN YOQA MƏRKƏZİNDƏN NARAZIDIR? – FAKT/İDDİA - YENİLƏNİB
"Zeferyolu.az" informasiya agentliyinə qarşı tərəf mövqeyini bildirmişdir. Mövqeyi olduğu kimi dərc edirik: Qeyd olunan məsələ ilə əlaqədar “Respublika Uşaq-Gənclər Mərkəzi” PHŞ ilə əlaqə saxlanılıb. Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsi məlumatında bildirib ki, adı qeyd olunan dərnək üzvü Mərkəzdə ödənişsiz əsaslarla riyaziyyat, şahmat, yoqa dərnəklərində məşğul olur.
29.11.2023-cü il tarixində yoqa dərnək rəhbəri Mərkəzin direktoruna İzahat və Ərizə ilə müraciət edərək bildirmişdir ki, dərnək üzvü məşğələnin gedişatına mane olur, digər dərnək üzvləri ilə münaqişə edir, dərnək rəhbəri kimi onu dinləmir və bu səbəbdən digər uşaqlar əziyyət çəkir.
Qeyd olunan səbəb ilə əlaqədar dərnək rəhbəri tədris etdiyi yoqa məşğələsindən dərnək üzvünün qrupdan kənarlaşdırılmasını xahiş edib.
Oktyabr ayında yoqa dərnək rəhbəri və dərnək üzvlərinin valideynləri Mərkəzin direktoruna bir neçə dəfə dərnək üzvündən şikayət ediblər. Şikayətlərə əsasən uşağın valideyni ilə əlaqə saxlanılıb, şikayətlər valideyninə bildirilib.
Dərnək üzvünə 1 ay sınaq müddəti olmaqla vaxt verilib. Bu müddət ərzində dərnək üzvündən yenə də davamlı şikayətlər gəlib, həmçinin digər valideynlər şikayət ərizəsi ilə Mərkəz rəhbərliyinə müraciət ediblər.
29.11.2023-cü il tarixində məsələ ilə bağlı Mərkəzdə Pedaqoji şuranın iclası təşkil edilib.
Adı qeyd olunan dərnək üzvü ilə aralarında münaqişə baş vermiş digər yoqa dərnək üzvlərinin valideynləri və yoqa dərnək üzvləri dinlənilib.
Dərnək rəhbərinin İzahat və Ərizəsi, həmçinin dərnək üzvlərinin narazılığı nəzərə alınaraq adı qeyd olunan dərmək üzvü yoqa dərnəyindən müvəqqəti xaric edilib.
Mərkəzin direktoru tərəfindən müəssisənin psixoloquna 1 ay müddətində dərnək üzvünə psixoloji xidmət göstərilməsi tapşırılıb.
Psixoloji xidmətin nəticəsindən olaraq dərnək üzvünün qrupa qaytarılması məsələsi 1 müddət sonra bilinəcəkdir.
Bildirilib ki, dərnək üzvü yoqa dərnəyindən kənarlaşdırılsa da, hal-hazırda 3 məşğələdə şahmat, riyaziyyat, loqopediya dərnəklərində məşğul olur.
Qeyd edək ki, “Respublika Uşaq-Gənclər Mərkəzi” PHŞ-də ödənişsiz əsaslarla 6000-ə yaxın məktəbli müxtəlif istiqamətli dərnəklərdə məşğul olur.
Mərkəz yarandığı tarixdən etibarən 8 il müddətində ilk dəfədir ki, belə bir hal ilə rastlaşır və Mərkəzin məqsədi problemin aradan qaldırılmasından ibarətdir.
Mərkəzin məqsədi uşağı cəmiyyətdən təcrid etmək deyil, cəmiyyətə qazanmaqdır!
***
“Zeferyolu.az”-a daxil olan şikayət məktubu ilə sizi tanış edirik: Mənim adım Umidli Leyla (soyad və ad şərtidir) 16 avqust 2023-cü il tarixində oğlum 10 yaşlı Umudli Əlini (soyad və ad şərtidir) "RUQUM" Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində pulsuz Yoqa, Şahmat və İngilis dili dərslərinə yazdırdım.
Bir dərsi də buraxmadan bütün dərslərdə iştirak etdim.
29 noyabr 2023-cü il tarixdə “RUGUM”un rəhbəri Firuzə xanım kimin haqlı, kimin haqsız olduğunu müzakirə etməyə vaxtı olmadığını deyərək oğlumu Yoqa dərslərindən qovdu.Vəziyyət belə idi.
Dərslər başlamazdan əvvəl qrupda 8 qız və 2 oğlan yoqa üçün qeydiyyatdan keçmişdi. 10 nəfər var idi. Sonra birtəhər yerlər olmasa da sentyabrın 29-da daha 2 qız əlavə olundu. Və hər dəfə də vurğulanırdı ki, qrupda 2 nəfər artıqdır.Qrupda olan oğlanlar, oğlum 10 yaşlı Umudli Əli və 9 yaşlı Xəlilov Əmir (adlar şərtidir) bir-biri ilə anlaşmır, həmişə mübahisə edirdilər. və bir-birini itələyirdilər. Və uşaqların hər biri digərini günahlandırdı. Əmir oğlumun şəxsi əşyalarını bilərəkdən zədələyirdi, şəxsi taxta Yoqa bloklarin kənarlarını yerə çırparaq qırdi, məşqçi də görməməzləyinə goyurdu, bunun üçün anası üzr istəyirdi, səsli SMS var. Yoqa məşqçi onları sakitləşdirməyə calışırdı.
Gedib başçı Firuzə xanıma şikayət etdi ki, vəziyyətin öhdəsindən gəlmir. Mən xahiş etdim ki, sinif otağına videomüşahidə kamerası qoysunlar, görsünlər ki, kim günahkardır, kim birinci başlayır. Təklifimə imtina verildi.
Əvvəla Rəhbər Firuzə xanım dedi ki, oğlanlar yalnız dərsin yarısında tək-tək iştirak edəcəklər, biri dərsin ortasinda cıxıb o biri girəcək ki, görüşməsinlər. Deyilən boş sözlər idi, bir gündə əməl olunmadı .
Sonra İnna xanım- YOQA məşqçi dedi ki, 2 həftə vaxt verin, bir dərsə biri Əli, sonra növbəti dərsə Əmir girəcək. Bu sınaq müddətinin 27.11.2023-cü həftəsindən başlamalı idi, Əmir gəldi 27.11.2023-29.11.2023-cü il tarixdə mənim oglum Əli gəldi, dərs qabağı telefonuma sms gəldi ki, siz gəlməyin kənarlaşdırıldız sinaq müddətin hec başlamamış.
Yenədə deyilən təkliflərin yerinə yetirmədilər.
Yeni başlayan sınaq müddətinin bitməsini gözləmədən oğlumu Yoqa dərnəyindən uzaqlaşdırdılar. Bir gün əvvəl Əmirin anası Firuzə xanıma yaxınlaşıb və oglum Əli etmədiyi,öz oglu etdiyi hərəkəyləri,oglum Əlinin üstünə goyub ki o edib. Oğlumun təqsirli olduğuna dair sübut olmadan, heç bir videomüşahidə aparılmayıb, müəssisənin psixoloqu müdaxilə etməyib, Firuzə xanım dəhlizdə mənə dedi ki, (o həmişə dəhlizdə danışır) haminin yaninda dedi ki, hər iki oglan YOGA dərnəyindən kənarlaşdirildi,amma elə deyildi, həmişəki ki dediyi sözlər düz olmadı. Səhəri gün məlum oldu ki, heç bir dəqiqləşdirmə aparmadan yalnız mənim oğlum işdən uzaqlaşdırılıb, Əmir isə getməyə davam edəcək. Psixoloqun "RUGUM"da olduğunu desə də, psixologun garişmasını desə də, yenədə, sadəcə sözlər,idi... dedi və sadəcə dedi, yenədə hərəkətsiz qaldı. Hamının içində, deyilən cümlədən də ki, hər ikisin kanarlaşdirdim-mənim gözümün içinə baxdı və belə demədiyini söylədi. 29 noyabr 2023-cü il Yanımda dayanan Yoqa məşqçi dərhal mənə təklif etdi ki, biz ödənişli qrup açmışıq, orada qeydiyyatdan keçə bilərsiniz.
Belə çıxır ki, mənim oğlum Əli PULSUZ qrupa yaraşmır, oğlanlar bir-birinə uyğun gəlmir, özünü apara bilmir. Dərhal ödənişli qrup üçün yer tapıldı və onun davranışı dərhal düzəldilirmi?
146 Təhsil Nazirliyin qaynar xəttinə zəng etdim.
Ertəsi gün, 30 noyabr 2023-cü il tarixdə Təhsil Nazirliyinin 146 saylı qaynar xəttinə zəng vurdum, şikayətlə dedim ki, niyə oğlumun günahı sübuta yetirilmədən, kimin birinci başladığını anlamadan mənim oglum Əlini kanarlaşdıriblar, söz verdilər bu şikəyyat baxılacaq.
01 dekabr 2023 Təhsil Nazirliyi məndən xahiş elədi ki, "RUGUM"a Firuzə xanıma yaxınlaşıb Təhsil Nazirliyi tərəfindən göndərilən şikəyyətin cavabini soruşum, Firuzə x cavab olaraq dedi ki , cavabı Təhsil Nazirliyinə yazılı şəkildə göndərib, bütün valideyinlərin imzalarını toplayıb, valideynlər oğlumun YOQA dərnəyinə getməsin istəmədiklərini deyiblər və şikayətdən sonra YOQA məşqçi İnna xanımın pullu qrupda mənə təklif etdiyi yer də olmadıgğını söylədi.
PS. Bir sualım var, valideynlər uşağı ümumiyyətlə tanımadan (valideynləri içəri buraxmadığı üçün) və oğlanlardan kim haqli kim haqsız,kim birinci başlayir- kim cavabin verir necə öz imzalarıni cekə bilər ki, uşağı dövlət müəssisəsindən ,Təhsil Nazirliyinə aidd olan YOGA dərnəyindən araşdırmamış kənarlaşdırsınlar?
Kiməsə pulsuz yer lazım olduğu üçün günahı sübuta yetirilmədən,uşaq hansı hüquqla YOGA dərnəyindən kənarlaşdırılır?
Sizdən xahiş edirəm ki, müvafiq qanunlara uyğun olaraq ölkəmizdə açılan belə mərkəzlər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bizim övladlarımızın, gələcəyimiz olan hərbçilərimizin, vətənimizin müdafiəçilərinin, öz canlarını vətənimizi qorumaq üçün canlarından keçən övladlarımızın gələcəyi üçün deyilmi bu açılmış mərkəzlər?
Bir adamın səhv qərarına görə uşaq niyə göz yaşların tökməlidir?
Bir nüansıda xatırladım ki, mərkəzə yaxınlaşıb rəhbərdə mövqe öyrənmək istədik, lakin baxmayaraq mərkəzin rəhbəri yerində olmasına baxmayaraq, bizə cavab verən olmadı.
Davamı var...
Qarşı tərəfin mövqeyini tanıyırıq.
Jalə Ağakişiqızı
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri