Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

20 Ara 07:56Manşet / Cəmiyyət

Bakıda dəmiryoluna çıxan kişini qatar vurdu

 

Bakıda qatar kişini vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə saat səhər saatlarında baş verib.

Belə ki, Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən kişini vurub. Kişi hadisə yerində həlak olub.

ADY məlumatı Oxu.Az-a təsdiqləyib.

Bildirilib ki, bu gün saat 8:59-da Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən ADY-yə məxsus sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfil qatarın qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

“Bir daha piyadalara üzümüzü tutaraq onları kritik təhlükəli zona hesab olunan dəmiryol xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edirik”, - ADY-dən vurğulanıb.