Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
40 min gənc ilin ən böyük gənclər tədbirinə qeydiyyatdan keçdi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında zəfər dolu ilin ən böyük gənclər tədbiri olan “Həmrəylik Festivalı” keçiriləcək.
Tədbirdə ərazi bütövlüyü tam təmin olunmuş bir ölkənin qalib gəncləri müasir tariximizin ən uğurlu illərindən birini böyük şənliklə qeyd edəcəklər.
Festivalın konsert proqramında Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan Drums öz ifaları ilə şənliyə zövq qatacaqlar.
Qeyd edək ki, gənclər arasında böyük marağa səbəb olan festivalda iştirak üçün beş gün ərzində 40 minədək gənc müraciət edib.
Fərid Səfərov
AJB-nin üzvü




























































