“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
SƏYAVUŞ ƏSGƏROV - 70
İllərin dostu, “Azərbaycan deyəndə ayağa qalxan” Cəbrayıl əsilli Vətən sevdalısı, həsrət körpüsü sandığımız Xudafərin adını səadət nəğməsi oxunan, ailə təməlinə xeyir-dua verilən məkan məqamında rəmzləşdirən el sevgisi qazanmış xeyriyyəçi iş adamı, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş şəxsiyyət Səyavuş Yusif oğlu Əsgərovu dünyaya təşrif buyurduğu gün ( 8 yanvar ), ömür təqviminin 70 illiyi münasibətilə qutlayır və bu mübarək - özəl gündə ithaf söz çələngimi ən xoş arzularla qayəsi, əməl aynası işıqlı batman Kişiyə könül ziyarəti ovqatında ehtiramla ünvanlayiram:
Çox yerdə eşitmişəm “Xudafərin Səyavuş”,
El içində söylənir bu ada, əhsən, alqış!
Ömür-gün aynasında şövqlə bərq vurur yetmiş,
Qamaşdıra bilməyib parıltılar gözünü.
Qovuşub könüllərdə həsrətli Xudafərin,
El sevgisi qazandın, hörmətinə afərin!
Ucalan insanların kökü dərindən-dərin ...
Qoy yellər səngitməsin ocağının közünü.
Əzmlə sinə gərdin zamanın qovğasına,
İnamın sahil olub dövranın dalğasına ...
Söz çələngim ünvanlı sözünün ağasına!
Üzə dedin həmişə həqiqəti, sözünü...
Yıxılana əl tutan, köməksizə dayaqsan,
Üzü nurlu ağsaqqal, fitrətdə şam sayaqsan!
Ucuz addan. şöhrətdən bilirəm ki, iraqsan...
Görüb müdrik olmusan dünyanın cox-azını.
Çöhrəndəki təbəssüm əzəlinin xisləti,
Xaliqə tapınaraq uca tutdun xilqəti.
Tanrı özü bəxş edib sənə saf, xoş niyyəti...
Zaman-zaman ağardıb əməllərin üzünü.
Tapdıq ƏLİBƏYLİ
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü,
Prezident təqaüdçüsü