Xəbər Lenti
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Naxçıvan şəhərində qəza: Bir neçə bina işıqsız qalıb
Bu gün səhər saat 6:30-dan etibarən Naxçıvan şəhərinin İstiqlal küçəsində elektrik enerjisinin kəsilməsilə nəticələnən qəza baş verib, bir neçə binaya işığın verilməsi dayandırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilir ki, qəza 18 nömrəli hava elektrik xəttində baş verib.
“Qəza baş verən saatlardan etibarən ərazidə təmir-bərpa briqadaları onun nəticələrini aradan qaldırmaqla məşğuldurlar. Bəzi binalara artıq işığın verilməsi bərpa edilib. Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq”, - məlumatda vurğulanır.





















































