“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İşğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələri lazımi təchizatla təmin edilib
“İşğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri üçün yüksək səviyyədə binalar ayrılıb. Hər bir seçki məntəqəsi lazımi kommunikasiya ilə təmin olunub”.
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mərkəzi Seçki Komissiyası (MSK) nümayəndələrinin seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndiyə səfəri zamanı jurnalistlərə müsahibəsində MSK katibliyinin müdiri İlqar Əlizadə bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrinin yerləşdiyi otaqların təchizatı başa çatdırılıb, məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır:
“Mərkəzi Seçki Komissiyası olaraq biz də seçki məntəqələrini lazımi təchizatla təmin etmişik. Seçki məntəqələri seçki günü istifadə olunacaq ultrabənövşəyi lampalar, səsvermə kabinələri, şəffaf seçki qutuları, seçici siyahıları və sair ilə təchiz olunub”.






















































