Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

23 Ock 15:26Manşet / Gündəm / Siyasət

Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək

 

Türkiyənin İstanbul şəhərindəki Çırağan sarayında Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Merey Mukazhan, Rəqabət Qurumunun sədri Birol Küle, Rəqabət Qurumunun Xarici Əlaqələr və Rəqabət Təbliğatı Şöbəsinin müdiri Zeynep Madan və Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Şimali Kipr Türk Respublikasının və Macarıstandan heyətlərin iştirakı ilə yığıncaq keçirilib.

Üzv ölkələrin rəqabət orqanlarının menecerləri burada öz qurumlarını təqdim ediblər və Şuradan gözləntilərini bildiriblər.

İclasda Şuranın fəaliyyət çərçivələrini müəyyən edən prosedur və prinsiplərlə yol xəritəsi razılaşdırılıb, daha sonra imzalanma mərasimi və mətbuat konfransı ilə Türk Dövlətləri Rəqabət Şurasının yaradılması elan edilib.

Quruma ilk üç ildə Türkiyə sədrlik edəcək.

Türk Dövlətlərinin Rəqabət Şurasının növbəti iclasının Azərbaycanın rəqabət orqanının ev sahibliyi ilə Şuşada keçirilməsi planlaşdırılır.

Türk Dövlətləri Rəqabət Şurası ilə bir tərəfdən üzv ölkələr arasında ortaq tarixi, dil və mədəni irsə bağlı əlaqələrin gücləndirilməsi, digər tərəfdən, rəqabət hüququ ilə bağlı problemləri anlamaq və həll etmək, beləliklə, rəqabət mədəniyyətini regionda formalaşdırmaq üçün birgə tədqiqatlar, səfərlər və təlim fəaliyyətləri həyata keçirmək, layihələr hazırlamaq, bilik və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

Mənbə: TRT Haber