Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Proqramçılar süni intellektə əsaslanan tanışlıq saytı yaradıblar
Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar.
Layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, onun əsas işi səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir. Bu məqsədlə şəxsiyyətin xüsusiyyətlərini müəyyənləşdirməyə kömək edən Kettell psixoloji testindən istifadə olunur.
Tətbiqin prinsipi belədir: qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesaj yazır və beş suala cavab verir, o cümlədən həyatında baş vermiş maraqlı hadisənin təsviri, qeyri-adi təcrübə, nailiyyətlər və ideal münasibətlər barədə danışır. Qəbul edilən səs nümunələri istifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilə təhlil edilir.
Bundan sonra istifadəçi faiz nisbətini qeyd edərək, gələcək partnyorun ünsiyyətlilik, zəka, emosional sabitlik və digər şəxsi xüsusiyyətlərini seçir. Alqoritm məlumatları təhlil edir və ən uyğun partnyoru seçir.
Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tam fəaliyyət göstərir. Tərtibatçılar xidməti daha da inkişaf etdirmək üçün investor axtarırlar.
Mənbə: Oxu.az























































