Menu
Xəbər Lenti
Sabah hava yağmurlu olacaq
5-09-2025, 12:09

Sabah hava yağmurlu olacaq

Güclü külək əsir
4-09-2025, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
4-09-2025, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

12 Mrt 07:56Manşet / Gündəm

Agentlikdən valideynlərə ÇAĞIRIŞ: Təşvişə düşməyin

 

Ötən gün sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Edilən paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlardan xəbərdardırlar:

“Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə səsləyirik”.

İlhamə Əbülfət