Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Braziliya hökuməti Çindən ucuz malların tədarükünü araşdırır
Braziliyanın Sənaye Nazirliyi ucuz idxal dalğasının ölkə iqtisadiyyatına vurduğu zərbə fonunda Çindən gələn sənaye məhsullarının dempinqinə dair bir sıra araşdırmalara başlayıb.
Sənaye assosiasiyalarının tələbi ilə son 6 ayda metal təbəqələrdən kimyəvi maddələrə və şinlərə qədər mallarla bağlı yoxlamalar başlayıb.
Çinin gömrük məlumatlarına görə, 2023-cü ilin əvvəlində ölkənin Braziliya ilə ticarəti 30 faizdən çox artıb.
Ticarət fərqləri Pekin ilə əlaqələri inkişaf etdirmək və milli sənayeləri qorumaq istəyən prezident Lulu da Silvanı da çətin vəziyyətə salıb.
Braziliyadan başqa, Çin poladının Vyetnam, Tailand və digər ölkələrə tədarükü son aylar kəskin şəkildə artıb. İnkişaf etmiş bazarlar da Çindən idxala qarşı tədbirlər görməyə başlayıblar — Aİ Çinin elektromobillərini yoxlayır, ABŞ ÇXR avtomobillərinin idxalı ilə bağlı narahatlıqlarını açıqlayıb.
Yanvar-fevral aylarında Çinin ixracı illik müqayisədə 7,1% artaraq idxal artımını üstələyib. Analitiklər Çin və aparıcı iqtisadiyyatlar arasında ticarət gərginliyinin artması riski barədə xəbərdarlıq edirlər.
Mənbə: Oxu.az























































