“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Bakıda bayram tonqalının ağacları yandırmasına dair görüntülərə aydınlıq gətirildi - YENİLƏNİB
“Paytaxtın nizami rayonunda bayram tonqalına görə ağacların yanması barədə görüntülər ötən illərə aiddir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nizami rayonu ərazisində bayram tonqalı ilə əlaqədar yanğın baş verməsi barədə məlumat daxil olmayıb.
10:14
Nizami rayonu ərazisində qalanan tonqal ağacları yandırıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
İlkin məlumatlara görə, hadisə “8-ci kilometr” ərazisində baş verib.
Yaşayış binasının qarşısında yandırılan bayram tonqalından alov küləkli hava səbəbilə ağaclara keçib. Nəticədə əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.
Həmin görüntüləri təqdim edirik:






















































