“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Şəfəq Ağacan- "Şikayət məktubu ",Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən-2-ci Hissə
Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən
2-ci hissə
Şikayət məktubu
Babamın öyrətdiyi şeir var idi ha, bu haqda səhər yazmışdım. Bayaq qeyd etdim ki , yeddi yaşımda əzbərlədiyim şeirləri müəlliməm başqa yerdə deməyə qadağa qoymusdu. Mən də eləmə tənbəllik müəllimdən babama şikayət məktubu yazdim. İndi anlayıram ki , həyatın mənə qarşı dəcəlliyi məhz yeddi yaşım olanda baslayib. Hələ dünyanın yumru olduğunu anladığım ilk vaxtlarda qadağalar , bir az yumşaq desək qısqanclıqlarla üzləşdim.
Rəhmətlik Novruzəli kimi məktubu yolladım. Məktub da vaxtında yetişmişdi. Sonra bu məktub mənim yaxşı mənada başıma bela oldu . Zərb məsəlinə cevrilmişdi. Ailə məclislərində məktubdan danışıb gülürdük.
İillər sonra toyumda həmin məktubu əmim toyda hamıya oxuumuşdu.Bu oğlan evinə bir mesaj idi. Yəni yeddi yaşında haqqının tapdalanmasına etiraz edən bir qız veririk,qızın xətrinə dəyməyin.
Mənim ilk şikayət məktubum.
O vaxt mənim üçün ən ali orqan babam idi. Onun öyrətdiyi şeirə qadağa qoyulduğu üçün şikayət məktubunu məhz ona yazmışdım.
Məktub belə başlayırdı:
"Qızılağac imperyasının şahzadəsi Şəfəqdən Dadaşına məktub.(Biz babamıza Dadaş deyirdik)
Qeyd edim ki , Naxçıvan , Qars , İğdır , Ərzurum , Ərdəbil də "dadaş" işlədirlər. Dadaş özündən böyüyə deyilir.
Ay Dadaş ,quş kimi qanadlı, yel kimi atlı ol, gəl Sumqayıta! Müəlliməm sən öyrətdiyin şeirləri hamının qarşısında deməyə qadağa qoydu. Üstəlik sinif yoldaşlarımın yanında mənə dedi ki, şeiri ancaq babana deyə bilərsən...
Evdə də mənə zülm edirlər.
Papam qaralamaya yazmasam ,ev tapşırığını bir başa dəftərə yazmağa icazə vermir. Mən bundan çox yoruluram, gəl oğluna başa sal ki,əlifbanı bilməyənlərin,kütbeyinlərin ,babası müəllim olmuyanların qaralaması olmalıdır. Axı sən mənə mürəkkəblə,dəftərin cızında səliqəli yazmağı öyrətmisən.
Yadındadı xəttimi Ağaverdi müəllimə göstərdin ki,Şəfəq muncuq kimi yazır,onda hələ baxçaya gedirdim,10 nömrəli məktəblə tanış olmamışdım, heç məktəbəqədərdə də oxumurdum.
Ağaverdi müəlllim xəttimə baxıb dedi ki, muncuq yox ey ,bu qız xətsaz(yəqin xəttat deyb mən xətsaz bilmişəm) kimi yazır)))
Tez gəl, məni kəndə öz məktəbinə apar,orda oxuyum ,istədiyim şeiri deyim ,qaralamanı ancaq riyaziyyatda yazım ,ana dilini isə bir başa dəftərimə yazım ...
Məktub çatacaq
Məktubun çatacağı ünvanı da maraqlı yazmışdım "Masallı rayon,Qızılağac kəndi,Qarayemanlı məhəlləsi babamın evinə,babam evdə olmasa məktəbədəki otağına " göndərin.
Məktubu yazdı: Sumqayıt şəhər,10 nömrəli məktəbin 1a sinif şagirdi Ağabalayeva Şəfəq Ağacan qızı,Ağabala müəllimin ilk balasının ilk balası...
Sən Allah yeddi yaşında uşaq da olan fərasətə bax da. İnqilabçı doğulmaq başqa şeydir.
Məktub uzun oldusa üzürlü sayın.
P.S .Bu şeirə görə daha nələr oldu desəm ,gərək hər gün bir hekayə yazam .Babamın öyrətdiyi şeiri mənə qadağa qoymaq, mənə ölümə bərabər idi.
Belə də götürəndə , mən pis iş görməmişdim axı . Cavid əfəndimizin " Gulbahar" ını oxumuşdum .