Menu
Xəbər Lenti
Ağstafaya sel gəldi
Dün, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

29 Mrt 17:01Manşet / Gündəm / Kriminal

Azərbaycanda ata altı yaşlı övladını qaçırtdı: Polis hərəkətə keçdi

 

Azərbaycanda ata altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayıb.

Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

Bildirilib ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov tapılıblar.

B.Cabbarov canlı efirə qoşularaq oğlunu oğurladığını etiraf edib.

Atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə isə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev bildirib ki, sözügedən şəxs əvvəllər də alimentdən yayınmaya görə axtarışda olub.

Hazırda isə faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın