Menu
Xəbər Lenti
“Napoli” finala yüksəldi
19-12-2025, 05:14

“Napoli” finala yüksəldi

10 istiqamətdə tıxac var
18-12-2025, 05:32

10 istiqamətdə tıxac var

Faydası qabığında imiş...
18-12-2025, 05:15

Faydası qabığında imiş...

NASA-nın rəhbəri o seçildi
18-12-2025, 05:07

NASA-nın rəhbəri o seçildi

Quterreş ona zəng etdi
18-12-2025, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

01 Nis 15:14Manşet / Gündəm

Botanika İnstitutunun əməkdaşları Almaniyada elmi ezamiyyətdə olub

Botanika İnstitutunun əməkdaşları Almaniyada elmi ezamiyyətdə olub

AR ETN Botanika İnstitutunun gənc əməkdaşları, biologiya üzrə fəlsəfə doktoru Aytən Fətdayeva, doktorantlar Asya Əkbərova və Səbinə Hacıyeva Almaniyanın Berlin şəhərində elmi ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi Berlin Freie Universitetinin Biologiya bölməsində Berlin Botanika Bağı və Botanika Muzeyinin (BGBM, Almaniya) direktoru, professor Thomas Borshun rəhbərliyi ilə keçirilən Molekulyar-filogenetika kursunda iştirak etmək və molekulyar-filogenetik analizlər aparmaq olub.
Kurs müddətində gənc tədqiqatçılar tərəfindən Berlin Botanika Bağı və Botanika Muzeyinin laboratoriyasında Azərbaycan florasında yayılan Campanula L., Teucrium L. bitki cinslərinə aid növlər üzərində molekulyar-filogenetik tədqiqatlar aparılıb. Azərbaycanın müxtəlif rayonlarından toplanılan Campanula və Teucrium cinslərinin növlərinə aid silikageldə saxlanılan yarpaq nümunələrinin laborator şəraitdə DNT-in ektraksiyası, onun PZR amplifikasiyası, elektroforezi və xüsusi metodikalara uyğun proqram təminatları vasitəsilə DNT ardıcıllığı oxunulub. Xloroplast DNT-si (cpDNA) məlumatları əsasında statistik etibarlı ən uyğun filogenetik ağacın qurulması üzərində isə işləri davam etdirilir.
Səfər müddətində tədqiqatçılar Berlin Botanika Bağı və Botanika Muzeyinin kitabxanasını ziyarət edib, həmçinin herbari fondunda herbari nüsxələrinin təftişini aparıblar.
Sonda Botanika İnstitutunda A.Fətdayeva, A. Əkbərova və S.Hacıyevanın təqdimatında keçirilən elmi seminarda ezamiyyətin nəticəsinə dair məruzələri dinlənilib.

Məhsəti Qurbanova
AR ETN Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri