Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Metyu Miller ABŞ, Aİ və Ermənistan arasında keçiriləcək görüşdə danışıqlar mövzusunu açıqlayıb
“Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüş Ermənistandakı islahatlara, onun demokratiyasına və iqtisadiyyatına həsr olunacaq. İclasda İrəvanla Bakı arasında sülh prosesi müzakirə olunmayacaq”.
Bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə Azərbaycan tərəfinin Brüsseldə keçiriləcək danışıqlara dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Görüşdə sülh prosesi müzakirə mövzusu deyil. Bu, iqtisadiyyatın diversifikasiyası, humanitar yardım, Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ, Aİ və Ermənistan arasında görüşdür. Görüş regional yöndə deyil”, - deyə Miller qeyd edib.























































