Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

13 Nis 09:29Manşet / İdman

“Neftçi”nin dörd futbolçusu “Araz-Naxçıvan”la oyunu buraxacaq

 

“Neftçi”nin dörd futbolçusu bu gün “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri Premyer Liqanın XXX tur matçında iştirak edə bilməyəcək.

Bu barədə ”Report”a “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaqlar.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlanacaq.