Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

19 Nis 12:15Manşet / Gündəm

Gənclər üçün “Youth start” şəxsi inkişaf proqramına başlanılıb

Gənclər üçün “Youth start” şəxsi inkişaf proqramına başlanılıb

Xezertv.info xeber verir ki, Bakı və region gənclərinin şəxsi inkişafı, bilik və bacarıqlarının artırılması məqsədilə “Youth start” şəxsi inkişaf proqramının icrasına başlanılıb.

Proqram 3 moduldan ibarətdir və ilk modul “Könüllülük və biz” istiqamətini əhatə edir. Birinci modulda 2 təlim - “Motivasiya və xarakter tipləri” və “Komanda işi” mövzuları üzrə təlimlər təşkil olunub. Şəxsi inkişaf proqramı hibrid formada təşkil olunduğundan həm paytaxt gəncləri, həm də region gəncləri təlimlərdə iştirak etmək şansı əldə ediblər.

Təlimlərin 1-ci günündə ilk olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, proqramın gedişatında iştirakçılara uğurlar arzulayıb.

Daha sonra təlimçi Leyla Rəhimova tərəfindən gənclər üçün motivasiyanın sirləri, iş mühitində motivasiyanın yaradılması və idarə edilməsi, komandada motivasiyanın artırılma üsulları, xarakter tiplərinə uyğun işçilərin idarə edilməsi barədə məlumat verilib. İştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Gənclər təlim zamanı müxtəlif enercayzerlər və qrup işlərində iştirak ediblər. Modulun 2-ci təlimində isə gənclər “Komanda işi” mövzusu ətrafında komandanın əsas xüsusiyyətləri, komandanın qurulması və növləri, komanda daxilində lider seçiminin önəmi haqqında müzakirə ediblər.

Qeyd edək ki, “Youth start” şəxsi inkişaf proqramı Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.


Gənclər üçün “Youth start” şəxsi inkişaf proqramına başlanılıb
Gənclər üçün “Youth start” şəxsi inkişaf proqramına başlanılıb