Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olundu
Azərbaycan, Türkiyə və Pakistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi (YENİLƏNİB)
Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə elmi tədqiqatları davam etdirilir
DİM sədri: "İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür"
Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
Məlum olduğu kimi, Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilib. Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik layihəsinin təsdiqi müzakirələrə səbəb olub.
“Qafqazinfo” “Bizim.media”ya istinadən xəbər verir ki, müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilməsi məsələsidir.
Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək?
Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək: “Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, Prezident qanunu imzalayandan sonra qüvvəyə minir”.