Menu
Xəbər Lenti
Teleqramdan yenilik
Bugün, 11:20

Teleqramdan yenilik

İnciyirik səndən...
4-10-2024, 08:04

İnciyirik səndən...

Hər gün bir nar yeyin!
3-10-2024, 06:21

Hər gün bir nar yeyin!

08 Tem 12:25Manşet / Cəmiyyət

Məşhur restoranın mətbəxində siçovul gəzir - Video - Yenilənib

Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.

Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər.

Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.

Sözügedən görüntüləri təqdim edirik :


***

Məsələ ilə bağlı adıçəkilən restoranla əlaqə saxladıq.

“Təmizlik işləri aparılarkən qapı açıq qalıb. Siçovul zibillikdən gəlib. Bizim restoran mərkəzi yerdə yerləşir. Ayda iki dəfə dezinfeksiya işləri aparırırq.Əməkdaşlar görüntüləri ola bilsin daxili qruplarda yönləndirmə edib. Hazırda bütün tədbirlər görülüb. Təmizlik işləri aparılıb”, - restorandan saytımıza verilən cavabda qeyd olunub.

Qida Təhlükəsizliyi Agentliyi də (AQTA)  məsələyə münasibət bildirib: “Məsələ tərəfimizdən nəzarətə götürülüb. Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.