Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
9 il sonra azadlığa çıxan “OMON”çu yenə həbs edildi

Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) tərkibində dövlət çevrilişinə cəhd etməyə görə 13 il müddətinə məhkum edilərək 9 il sonra əfvə düşən Fuad Əhmədov yenidən həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 50 yaşlı “OMON”çu bu dəfə qanunsuz narkotik dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunub.
Şirkətlərdən birinə məxsus avtomobillə taksi sürücüsü işləyən Əhmədov 1500 manat qarşılığında İrandan Azərbaycana narkotik keçirməyə razılaşıb. Şahbaz adlı şəxsdən götürdüyü narkotik vasitəni gömrük postundan keçirərkən saxlanılıb.
Əhmədov gətirdiyi narkotiki Bakı şəhərindəki evində Şahbazın göndərəcəyi adama təhvil verməli imiş. O, tutulandan sonra bu barədə əməliyyatçılara da məlumat verib. Onunla birgə mühakimə edilən Azər İbrahimov narkotiki təhvil alarkən əməliyyatçılar tərəfindən cinayət başında tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi), 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham edilib.
Adıçəkilən şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən, F.Əhmədov 11 il, A.İbrahimov 10 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rövşən Cavadovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1995-ci ildə dövlət çevrilişinə cəhd edib. 12 500 nəfərdən ibarət üçpilləli təşkilatın rəhbəri R.Cavadov elə hadisələr vaxtı aldığı xəsarətdən vəfat edib. Sonradan 710 nəfər XTPD qulluqçusu və tərəfdarı dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs edilib. Onların bəziləri təqsirsiz olduğuna görə azadlığa buraxılıb. Sonrakı illərdə bir neçə “OMON”çu əfv edilsə də, bu günə kimi həbsdə olanlar da var.
Sail Ağasəlim























































