“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Senada üzən alman idmançıların səhhətində problem yarandı
Fransanın Sena çayında açıq suda üzgüçülük üzrə Olimpiya yarışlarına qatılan dörd alman idmançıdan üçünün səhhətində problemlər yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DPA agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.
“Dünən iki almaniyalı üzgüçüyə ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator yardım göstərilib. Onlar bu gün xeyli yaxşılaşıblar. Oxşar simptomları olan başqa bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”, - konfederasiya bildirib.
Qeyd edək ki, əvvəllər bir neçə triatlonçu Senada üzdükdən sonra mənfi nəticələrlə üzləşmişdi. Qazaxıstan nümayəndəsi Yekaterina Şabalina evə qayıtdıqdan sonra özünü pis hiss etdiyini və antimikrob dərmanlar qəbul etməyə başladığını açıqlayıb. Həmçinin belçikalı triatlonçu Kler Mişel Senada üzdükdən sonra xəstəxanaya yerləşdirilmişdi. İsveçli üzgüçü Viktor Yohansson da Sena çayında suyun keyfiyyətinə görə açıq suda üzgüçülük yarışından imtina etmişdi.






















































