Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
ÜST “meymunçiçəyi” ilə bağlı fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “meymunçiçəyi” virusu ilə bağlı fövqəladə vəziyyət elan edib.
“Qafqazinfo” xəbər verir ki, məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib.
ÜST son statistikaları nəzərdən keçirmək üçün öz ekspert iclasını çağırıb.
BMT-nin səhiyyə agentliyi bu il 14,000-dən çox yoluxma və 524 ölüm hadisəsinin baş verdiyini bildirib ki, bu da keçən ilki rəqəmləri xeyli üstələyib.
Qeyd edək ki, indiyədək ölüm hallarının 96%-dən çoxu Konqoda qeydə alınıb.
Təşkilat xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalır.
Məlumat üçün bildirək ki, meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə meymunlarda çiçək xəstəliyinə bənzər simptomların yayılması zamanı alimlər tərəfindən müəyyən edilib.
Son vaxtlara qədər yoluxma hallarının çoxu mərkəzi və qərbi Afrikada yoluxmuş heyvanlarla yaxın təmasda olan insanlarda müşahidə edilib.






















































