Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Bu tarixi hadisə məni çox sevindirir”
“İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən də Şuşada keçirilən beynəlxalq tədbirlər hər zaman məni sevindirib”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova deyib.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra nənki beynəlxalq əhəmiyyətli tədbirlər, dövlətimizin təşkil etdiyi istənilən səfər, toplantı, yerli tədbirlər də biz qarabağlıların könlünü açır. Çünki azad olunan ərazilərə həyatın qayıtmasını görürük. Seçki tədbirləri də belə təqdir olunası hadisələrdəndir”, - deyə F.Mütəllimova bildirib.
O vurğulayıb ki, şuşalılar uzun illər sonra öz doğma yurdlarında seçdikləri deputatlara səs verə biləcəklər: “Bu tarixi hadisə isə məni çox sevindirir. Şuşanın varlığı, əsl sahiblərinə qayıtması mənim üçün bir dünya deməkdir. Eləcə də Şuşada seçki tədbirlərinin olmasını görməyin özü mənə sanki dünyaları bəxş edir. Düzdür, mən hazırda Bakı qeydiyyatındayam. Şuşamızda səs verə bilməsəm də, azad olunan ərazilərdə yaşayan hər kəsi aktiv şəkildə səs verməyə çağırıram. Bu ilkdir, tarixi hadisədir. Ona görə də sentyabrın 1-də baş tutacaq səsvermədə hamı fəal olmalıdır”.






















































