Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Nazirlik işçisi həbsdəki şəxsin nənəsini aldadıb 55 min aldı
Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Xəzər Rayon Şöbəsinin əməkdaşı Rövşən Eynullayev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kiçik tibb işçisi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Rövşən Eynullayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Bildirilib ki, R.Eynullayev külli miqdarda narkotik vasitənin dövriyyəsinə görə tutulmuş şəxsin nənəsindən onu həbsdən buraxdıracağını vəd edərək 55 min manat pul alıb. O özünü nüfuzlu şəxslərlə yaxın münasibətdə olan biri kimi təqdim edib və pulun həmin vəzifəli adama çatacağını deyib. Lakin sonradan Rövşənin yalanının üstü açılıb.
Bundan başqa, R.Eynullayevin iş yoldaşı olan həkimdən ona MİDA-nın inşa etdiyi binadan güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyi vədi ilə 3700 manat alması da üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust tarixli hökmü ilə Rövşən Eynullayevə 6 il 6 ay həbs cəzası verilib. Ona qarşı qaldırılmış mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 55 min manat məbləğində pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.





















































