Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Gəncə Dövlət Filarmoniyasında Mobil Əhmədovun xatirəsi yad edildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, gecədə Mobil Əhmədovun tələbəsi, Əməkdar artist Ramil Qasımov, Gəncə Dövlət Filarmoniyasının solistləri Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov iştirak edib.
Həmçinin Bakıdan dəvət olunmuş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Əməkdar artist Almaz Ələsgərova, solist Şaban Cəfərov, Xalq artisti Heydər Anatollu, Səttar Nəsirov sənətkarın repertuarından Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin “Sevgilim”, “Badamlı”, Rauf Hacıyevin “Ay qız”, Oqtay Kazıminin “Ey xəyal” mahnılarını səsləndiriblər.
Gecənin sonunda sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşərək, tədbirin təşkili üçün yaradıcı heyətə təşəkkürünü bildirib.





























































