Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

11 Eyl 09:40Manşet / Gündəm

Gəncə Dövlət Filarmoniyasında Mobil Əhmədovun xatirəsi yad edildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində  Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, gecədə Mobil Əhmədovun tələbəsi, Əməkdar artist Ramil Qasımov, Gəncə Dövlət Filarmoniyasının solistləri Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov iştirak edib.

Həmçinin Bakıdan dəvət olunmuş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Əməkdar artist Almaz Ələsgərova, solist Şaban Cəfərov, Xalq artisti Heydər Anatollu, Səttar Nəsirov sənətkarın repertuarından Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin “Sevgilim”, “Badamlı”, Rauf Hacıyevin “Ay qız”, Oqtay Kazıminin “Ey xəyal” mahnılarını səsləndiriblər.

Gecənin sonunda sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşərək, tədbirin təşkili üçün yaradıcı heyətə təşəkkürünü bildirib.