Menu
Xəbər Lenti
BAŞSAĞLIĞI
18-03-2026, 07:45

BAŞSAĞLIĞI

Belçika da “yox” dedi
17-03-2026, 06:37

Belçika da “yox” dedi

12 Eyl 09:28Manşet / Cəmiyyət

Toyda qonağı ölümcül hala salan saxlanıldı toyda-qonagi-olumcul-hala-salan-saxlanildi

 

Göygöl rayonunda toyda düşən davaya görə cinayət işi başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 11-nə keçən gecə Balçılı kəndində qeydə alınıb.

“Sərin” şadlıq sarayında Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev döyülüb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Cəlilov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.

İlkin məlumata görə, hadisə toyda musiqi sifarişi üstündə baş verib. Münaqişə zəminində Ramiz Elbəyinin başına yumruqla ağır zərbələr endirib. E.Nəbiyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.