Xəbər Lenti
Dün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 18:04
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Bayden sui-qəsd cəhdindən sonra Trampla danışdı

ABŞ-nin hazırkı lideri Co Bayden bazar ertəsi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla telefon danışığında mümkün sui-qəsd cəhdində xəsarət almadığı üçün sevincini ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Emili Simons “X” hesabında bildirib.
“Prezident Bayden keçmiş prezident Trampla danışdı və onun təhlükəsiz olduğuna dair rahatlığını bildirdi. Onların arasında səmimi söhbət oldu və keçmiş prezident zəngə görə minnətdarlığını bildirdi”, - o yazıb.
Qeyd edək ki, Bayden daha əvvəl jurnalistlərə Trampa zəng etdiyini, lakin onunla əlaqə saxlaya bilmədiyini bildirmişdi.























































